525.Az

Çilidə avtomobil yüksək sürətlə bazara girdi, 6 ölü


 

Çilidə avtomobil yüksək sürətlə bazara girdi, 6 ölü<b style="color:red"></b>

Paytaxt Santyaqonun qərbində Vinya-del-Mar şəhərindəki Kaupolikan bazarında faciə baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, idarəetmədən çıxan avtomobilin bazara girib və 20-ə yaxın adamı vurub.

Qəza nəticəsində azı 6 nəfər həyatını itirib. Daha 7 nəfər xəstəxanaya yerləşdirilib. Yerli polisdən verilən məlumata görə Çili Hərbi Dəniz Qüvvələrinin kapralı olan sürücü saxlanılıb.

Qəzanın hansı səbəbdən baş verdiyi araşdırılır

L.Tağıyeva

 





13.07.2026    çap et  çap et