525.Az

Paris yaxınlığında terror aktı təhlükəsi


 

Paris yaxınlığında terror aktı təhlükəsi<b style="color:red"></b>

Fransanın paytaxtı Paris ətrafında yerləşən Sarsel şəhərciyində terror aktının qarşısı alınıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları küçələrin birində parklammış avtomobildə silah-sursat aşkarlayıb. Avtomat və tapançadan başqa partlayıcı qurğunun olacağından ehtiyatlanan polis yaxınlıqdakı restoranlardan və kinoteatrdan 300 nəfəri təxliyə edib. İlkin ehtimala görə naməlum şəxslər həmin silahlardan yerli yəhudilərə qarşı istifadə etməyi planlaşdırıbmış.

Qeyd edək ki, faktla bağlı cinayət işi başlanıb, prokurorluq tərəfindən araşdırma aparılır.

L.Tağıyeva

 





13.07.2026    çap et  çap et