525.Az

Banqladeşdə daşqın və torpaq sürüşmələrində 44 nəfər həyatını itirib


 

Banqladeşdə daşqın və torpaq sürüşmələrində 44 nəfər həyatını itirib<b style="color:red"></b>

Banqladeşdə musson yağışları daşqın və torpaq sürüşmələrinə səbəb olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 44 nəfər həyatını itirib, 39 nəfər isə yaralanıb. Fəlakətdən 1 milyondan çox insan zərər çəkib. Ölkə daxilində 1000-dən çox müvəqqəti sığınacaq yaradılıb.

Xaqraçhari, Ranqamati, Bandarban, Koks Bazar, Çattoqram, Moulvibazar və Habiqanc da daxil olmaqla 7 bölgədə çoxsaylı yaşayış məntəqələri su altında qalıb.

Hakimiyyət orqanları hövzələrdə suyun səviyyəsinin artmasının yeni daşqınlara səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

İbrahim Cəfərov

 





13.07.2026    çap et  çap et