525.Az

Qəzzada ölənlərin sayı 73 min 223-ə çatdı


 

Qəzzada ölənlərin sayı <b style="color:red"> 73 min 223-ə çatdı</b>

Qəzza Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatları açıqlayıb.

525.az xəbər verir ki, son 24 saat ərzində 2 mülki şəxs həlak olub, 11 nəfər isə yaralanıb.

Bununla da 10 oktyabr 2025-ci ildən, atəşkəs başlayandan etibarən ümumilikdə 1100 nəfər həlak olub, 3546 nəfər isə yaralanıb.

Ümumilikdə isə 2023-cü il oktyabrın 7-dən indiyə qədər Qəzzada ölənlərin sayı 73 223-ə, yaralıların sayı isə 173 654 nəfərə çatıb.

İbrahim Cəfərov

 





13.07.2026    çap et  çap et