525.Az

Pərviz Şahbazov Goranboyda vətəndaşları qəbul edəcək


 

Pərviz Şahbazov Goranboyda vətəndaşları qəbul edəcək<b style="color:red"></b>

İyulun 24-də, saat 11:00-da energetika naziri Pərviz Şahbazov Goranboy, Yevlax, Samux, Göygöl, Tərtər rayonlarından və Gəncə, Naftalan şəhərlərindən olan vətəndaşları qəbul edəcək.

525.az nazirliyə istinadən xəbər verir ki, qəbul Goranboydakı Heydər Əliyev Mərkəzində (ünvan: Goranboy şəhəri, Dədə Qorqud küçəsi, 27) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün nazirliyin "974" Çağrı Mərkəzi, 598-16-55 "Qaynar Xətt"i, 598-16-53/54 (daxili 1145, 1146, 1245) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin "Gəncə" filialı (əlaqələndirici şəxs: Səbuhi Mürsəlov, əlaqə telefonu: (050) 287-21-21, elektron poçt ünvanı: [email protected]) və "Mingəçevir" filialı (əlaqələndirici şəxs: Pünhan Qurbanov, əlaqə telefonu: (070) 590-00-09, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilər. Həmçinin nazirliyin minenergy.gov.az internet səhifəsində yaradılmış "Qəbula yazılmaq" bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

 





13.07.2026    çap et  çap et