525.Az

Birinci yarımildə 200 mindən çox şəxs aktiv məşğulluqla əhatə olunub


 

Birinci yarımildə 200 mindən çox şəxs aktiv məşğulluqla əhatə olunub<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin birinci yarımilində 200,7 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

525.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Qeyd olunub ki, onlardan 82 min şəxs münasib işlərlə təmin olunub, 385 şəxs kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib. 9,1 min şəxs üçün peşə hazırlığı kursları təşkil olunub, 109,2 min şəxsə isə peşəyönümü xidmətlər göstərilib.

 





13.07.2026    çap et  çap et