2026/2027-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin yerdəyişməsi üzrə sənəd qəbulu başlayıb.
525.az xəbər verir ki, sənədlər elektron qaydada qəbul ediləcək.
Yerdəyişmə prosesində ali və orta ixtisas təhsili müəssisələrinin normativ təhsil müddətində təhsil alan, təhsil aldıqları müddətdə təhsil proqramı üzrə həmin dövr üçün nəzərdə tutulan kreditlərin ən azı yarısını toplamış tələbələr iştirak edə bilərlər.
Yerdəyişmə prosesində iştirak etmək istəyən tələbələr portal.edu.az platformasında qeydiyyatdan keçərək "şəxsi kabinet" yaratmalı, istifadəçi adı və şifrə vasitəsilə müvafiq bölməyə daxil olmalı, elektron müraciət formasını dolduraraq təsdiq etməlidirlər.
Qeyd edək ki, müraciətlərin qəbulu 19 iyul 2026-cı il saat 18:00-dək davam edəcək.
çap et