İstismara verildiyi tarixdən indiyədək Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə 559 milyon tonadək Azərbaycan mənşəli neft və kondensat ixrac olunub.
525.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Heydər Əliyev adına BTC əsas ixrac boru kəmərinin açılışından 20 il ötür. Kəmər vasitəsilə əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” nefti və “Şahdəniz” kondensatı nəql edilir.
çap et