525.Az

Parlament Vergi Məcəlləsinə dəyişiklikləri təsdiqləyib


 

Parlament Vergi Məcəlləsinə dəyişiklikləri təsdiqləyib<b style="color:red"></b>

Parlament Vergi Məcəlləsinə təklif edilən dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib.

525.az xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin iyulun 13-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsi neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektor təmsilçilərinə ƏDV-nin depozit hesabından Dövlət Sosial Müdafiə Fonduna vəsait köçürmək imkanının yaradılması məqsədilə hazırlanıb.

Layihəyə əsasən, 2027-ci il yanvarın 1-dən 4 il müddətinə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyiciləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və şərtlərlə ƏDV-nin depozit hesabından Dövlət Sosial Müdafiə Fonduna vəsait köçürülə bilər.

 





13.07.2026    çap et  çap et