525.Az

BƏƏ İranın qonşu ölkələrə hücumlarını kəskin şəkildə pisləyir


 

BƏƏ İranın qonşu ölkələrə hücumlarını kəskin şəkildə pisləyir<b style="color:red"></b>

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın Bəhreyni, Küveyti, Qətəri, İordaniya və Oman Sultanlığını hədəfə alan növbəti raket və pilotsuz uçuş aparatı (PUA) hücumlarını kəskin şəkildə pisləyir.

525.az xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

XİN bəyanatında bu düşmən hücumlarının qardaş ölkələrin suverenliyinin kobud şəkildə pozulması, habelə onların təhlükəsizliyinə və sabitliyinə təhdid olduğunu təsdiqləyib.

Nazirlik BƏƏ-nin Bəhreyn Krallığı, Küveyt Dövləti, Qətər Dövləti, İordaniya Haşimilər Krallığı və Oman Sultanlığı ilə tam həmrəy olduğunu, onların təhlükəsizliyinin və sabitliyinin qorunmasına yönəlmiş bütün tədbirləri dəstəklədiyini bir daha vurğulayıb.

Pərvanə Sultanova

 





13.07.2026    çap et  çap et