“İran ABŞ ilə imzalanmış memorandumun müddəalarını heç vaxt pozmayıb, onların yerinə yetirilməməsinə görə Vaşinqton tam məsuliyyət daşıyır”.
525.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqayi bildirib.
O deyib ki, İran heç vaxt öhdəliklərin pozulmasına təşəbbüs göstərməyib.
"İran bütün danışıqlarda dəqiqlik və ciddilik nümayiş etdirib. Razılaşmaları ardıcıl olaraq pozan tərəf Amerikadlr", - Bəqayi vurğulayıb.
O, həmçinin qeyd edib ki, ABŞ əldə edilən bütün razılaşmalara tam əməl edənə qədər İran memorandum çərçivəsində öhdəliklərini yerinə yetirməyi dayandıracaq.
"Biz əvvəldən 'öhdəlik müqabilində öhdəlik' prinsipini irəli sürmüşük. Qarşı tərəf öz öhdəliklərinə əməl edərsə, biz də öz üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetirəcəyik."
Bundan sonra biz bu şəkildə hərəkət edəcəyik: qarşı tərəf öz öhdəliklərini pozmağa davam etdiyi müddətcə, İran da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən çəkinəcək", - Bəqayi deyib.
O, həmçinin İranın Fars körfəzindəki heç bir ölkəyə hücum etmədiyini və hücumların yalnız bölgədəki Amerika hərbi bazalarını hədəf aldığını qeyd edib:
"Biz bölgədəki heç bir ölkəyə hücum etməmişik, İranın hücumları yalnız ABŞ-ın bölgədəki mövqelərini hədəf alıb. Tehran dəfələrlə region ölkələrindən ABŞ-ın İrana hücum etmək üçün öz ərazilərindən istifadə etməsinə icazə verməmələrini istəyib", XİN rəsmisi əlavə edib.
Pərvanə Sultanova
çap et