525.Az

Aİ Sudandan qızıl idxalına tam qadağa tətbiq edib


 

Aİ Sudandan qızıl idxalına tam qadağa tətbiq edib<b style="color:red"></b>

Avropa İttifaqı Sudandan qızıl tədarükünə və qızıl yataqlarının işlənməsində istifadə olunan civə və sianidin bu ölkəyə ixracına tam qadağa qoyub.

525.az xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında bildirilib.

“Aİ Şurası Sudanda hasil olunan qızılın satın alınmasına, idxalına və ya ötürülməsinə qadağa tətbiq edib. Həmçinin, qızıl hasilatında geniş istifadə olunan civə və sianidin Sudana satılmasını, tədarükünü, ixracını və ya ötürülməsini də qadağan edib”, - məlumatda deyilir.

Pərvanə Sultanova

 





13.07.2026    çap et  çap et