525.Az

Rəşad Nəbiyev Xaçmazda vətəndaşları qəbul edəcək


 

Rəşad Nəbiyev Xaçmazda vətəndaşları qəbul edəcək<b style="color:red"></b>

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iyulun 17-i saat 09:00-da Xaçmaz şəhərində yerləşən Tarix Diyarşünaslıq Muzeyində Quba, Qusar və Xaçmaz rayonlarının sakinlərini qəbul edəcək.

525.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahələrində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək. Qəbula iyulun 16-na qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür. Qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda iyul ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.

 





13.07.2026    çap et  çap et