Yəmən Silahlı Qüvvələri İranı ölkənin hava məkanının pozmasının qarşısını almaq üçün bütün mövcud vasitələrdən istifadə edəcəyi ilə hədələyib.
525.az xəbər verir ki, bu barədə Yəmənin müdafiə naziri Taher əl-Əqili bildirib.
"Yəmənin hava məkanını və suverenliyini pozan düşmən aviasiyasına qarşı duracağıq və düşmənə dərs vermək üçün bütün mövcud vasitələrdən istifadə edəcəyik", –nazir deyib.
Əlavə edib ki, Yəmən hökuməti İranı və “Ənsar Allah” hərəkatının husi üsyançılarını ölkənin hava məkanını pozmamaqla bağlı bütün hüquqi və diplomatik vasitələrlə xəbərdarlıq edib. Onun sözlərinə görə, oxşar hadisələr əvvəllər də baş verib, lakin hazırkı pozuntu, əvvəlkilərdən fərqli olaraq, beynəlxalq hüquqa ziddir.
"Amma artıq səbrimizin tükəndiyini bəyan edirik və bu qəddar, xain hərəkətə müvafiq şəkildə cavab verəcəyik. Bunun bütün mənəvi və hüquqi məsuliyyəti İran rejiminin üzərinə düşür. Yəmən xalqı və rəhbərliyi nəticələrinin nə olmasından asılı olmayaraq ölkəni quruda, dənizdə və havada müdafiə edəcək”, - nazir söyləyib.
Pərvanə Sultanova
çap et