“Yaxın 3–5 ildə süni intellekt texnologiyalarının iqtisadi təsiri daha çox enerji, kənd təsərrüfatı, logistika və dövlət idarəçiliyi sahələrində hiss olunacaq”.
Bunu 525.az-a Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri, ekspert Elvin Abbasov deyib. Ekspert qeyd edib ki, neft-qaz hasilatı və bərpa olunan enerji şəbəkələrində süni intellekt əsaslı proqnozlaşdırma sistemləri resurslardan daha səmərəli istifadəyə imkan verəcək. Ağıllı aqrar texnologiyalar məhsuldarlığın artmasına, logistika və gömrük sistemlərində süni intellektin tətbiqi isə tranzit yüklərin hərəkətinin sürətlənməsinə xidmət edəcək:
“Dövlət xidmətlərində avtomatlaşdırılmış sistemlərin tətbiqi əməliyyat xərclərini azaldacaq və ölkənin ÜDM artımına birbaşa töhfə verəcək”.
Sevinc Qarayeva
çap et