Fransa prezidenti Emmanuel Makron strateji sabitliyi təmin etmək və Ukrayna münaqişəsindən dərs çıxarmaq üçün Avropa İttifaqı daxilində yerli silah və müdafiə texnologiyalarının istehsalını artırmağın vacibliyini bildirib.
525.az xəbər verir ki, bu barədə o, ölkənin Silahlı Qüvvələrinə müraciəti zamanı deyib.
"Mövcud təhdidləri nəzərə alaraq, bütün müdafiə sənayemiz səfərbər olmalı, etibarlı avadanlıq istehsalına doğru tez bir zamanda istiqamətini dəyişməli və lazım olduqda müəyyən növ silahların kütləvi istehsalına hazır olmalıdır. Ukraynadakı müharibə və milli strateji icmalda müəyyən edilmiş risklər açıq şəkildə göstərir ki, Avropada strateji sabitlik artıq ehtiyatlarla deyil, istehsal axınları ilə müəyyən edilir. Düşmənlər artıq mövcud arsenallarla deyil, onları istehsal etmək qabiliyyəti ilə çəkindiriləcəklər", - Makron bildirib.
Prezident SCAF/FCAS layihəsi çərçivəsində yeni nəsil qırıcı təyyarənin hazırlanması üzrə Fransa-Almaniya proqramının uğursuz olduğunu etiraf edib, lakin burada dayanmağın səhv olacağını deyib.
O, əsas döyüş tankının, müasir hava hücumundan müdafiə sistemlərinin, xüsusən də SAMP-T NG zenit-raket sisteminin, erkən xəbərdarlıq sisteminin və Fransanın qəbul etdiyi çəkindirmə strategiyasına uyğun dərinliklərə zərbə endirmək imkanlarına malik vasitələrin hazırlanmasının davam etdirilməsinə çağırıb.
Pərvanə Sultanova
çap et