525.Az

“ABŞ Hörmüzə nəzarəti öz üzərinə götürür” - Tramp


 

“ABŞ Hörmüzə nəzarəti öz üzərinə götürür” -  <b style="color:red">Tramp</b>

“ABŞ İrana ciddi zərbələr endirməyə hazırlaşır”.

525.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

"Bizim razılaşmamız var idi. Heç kim bilmir ki, razılaşma əldə olunub, sonra isə onu pozublar", - o, Fox News-a bildirib.

Tramp əlavə edib ki, İranıa 10 razılaşma olub:

“Bu insanlarla 10 razılaşmamız var idi, ona görə də onlara çox sərt zərbə vuracağıq”.

Tramp deyib ki, iyulun 12-də İran ətrafındakı vəziyyətlə bağlı görüş keçirilib və müəyyən razılaşmalar əldə edilib. Lakin Tehran daha sonra Vaşinqtondan düzəlişlər tələb edib, Amerika tərəfi isə bunu etmək istəməyib.

"Dünən son anda görüşdük. Onlarla hər şey son anda baş verir. Və dünən hər şey razılaşdırıldı. Sonra onlar binanı tərk etdilər, yenidən zəng etdilər və bir neçə dəyişiklik etməli olduqlarını dedilər. Mən dedim: “Dəyişikliklər? Biz dəyişiklik etməyəcəyik”, - Amerika lideri bildirib. 

Tramp deyib ki, ABŞ Hörmüz boğazına nəzarəti öz üzərinə götürür və bunun üçün kompensasiya tələb edə bilər:

"Biz Hörmüzə nəzarəti saxlayacağıq. Və çox güman ki, onu idarə edəcəyik. Biz boğazın keşikçisi olacağıq. Bunun üçün bizə kompensasiya verilməlidir".

Pərvanə Sultanova

 





13.07.2026    çap et  çap et