“Sosial şəbəkələrdə əsasən uğurlu nümunələrin görünməsi cəmiyyətdə yanlış təsəvvür formalaşdıra bilər. Minlərlə insanın cəhd edib nəticə əldə etməməsi diqqətdən kənarda qalır, qısa müddətdə məşhurlaşan az sayda şəxsin hekayəsi isə daha çox ön plana çıxır. Bu da bəzi insanlarda zəhmət çəkmədən sürətli gəlir əldə etməyin adi və asan olduğu barədə yanlış gözləntilər yaradır”.
Bunu 525.az-a iqtisadçı ekspert Akif Nəsirli bildirib. İqtisadçının szlərinə görə, cəmiyyətdə əmək dəyərlərinin dəyişməsi məsələsinə gəldikdə isə, bunu yalnız tənbəlliklə izah etmək düzgün deyil. Daha doğru yanaşma əmək formalarının dəyişdiyini qəbul etməkdir. Əvvəllər əsas gəlir mənbəyi fiziki əmək və ya ofis işi hesab olunurdusa, bu gün rəqəmsal bacarıqlar, şəxsi brendin formalaşdırılması və onlayn auditoriya ilə işləmək də əmək bazarının mühüm hissəsinə çevrilib. Problem o zaman yaranır ki, insanlar sosial şəbəkələrdə görünən uğuru peşə bilikləri və bacarıqları qazanmadan təkrarlamağa çalışır, uzunmüddətli inkişafın əhəmiyyətini isə ikinci plana keçirirlər:
“Bu baxımdan ən düzgün yanaşma rəqəmsal imkanları ənənəvi peşə inkişafının alternativi deyil, onun tamamlayıcısı kimi qiymətləndirməkdir”.
Sevinc Qarayeva
çap et