525.Az

Hikmət Hacıyev: D-8 Media Mükəmməllik Mərkəzi təşəbbüsü artıq nəticə verir


 

Hikmət Hacıyev: D-8 Media Mükəmməllik Mərkəzi təşəbbüsü artıq nəticə verir<b style="color:red"></b>

D-8 Media Mükəmməllik Mərkəzinin yaradılması Azərbaycan hökuməti tərəfindən tam dəstəklənir.

525.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində D-8 Media Mükəmməllik Mərkəzinin strategiyasının təqdimatı zamanı deyib.

O bildirib ki, Azərbaycan D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının tamhüquqlu üzvü kimi bu qurumun fəaliyyətinə və gündəliyinə böyük önəm verir.

“Azərbaycan D-8 ailəsinin tamhüquqlu üzvüdür. Bu platforma qlobal iqtisadi əməkdaşlıq baxımından böyük əhəmiyyət daşıyır və biz təşkilatın fəaliyyətinə xüsusi önəm veririk. Prezident İlham Əliyev D-8 çərçivəsində Media Mükəmməllik Mərkəzinin, eləcə də Təhlil Mərkəzinin Azərbaycanda yaradılması təşəbbüsünü müsbət qarşılayıb. Bu gün artıq həmin təşəbbüsün ilk nəticələrini görürük”, – Hikmət Hacıyev qeyd edib.

Prezidentin köməkçisi vurğulayıb ki, D-8 Media Mükəmməllik Mərkəzi üzv ölkələr arasında media sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platformadır.

 





13.07.2026    çap et  çap et