525.Az

“Kəpəz"dən bu yayın ilk transferi


 

“Kəpəz"dən bu yayın ilk transferi<b style="color:red"></b>

“Kəpəz" yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib.

525.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Gəncə təmsilçisi Rojerio Santosu heyətinə qatıb. Qapıçı ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Portuqaliyalı qolkiper son olaraq İsrailin "İroni Tiberias" klubunda çıxış edib. "Braqa"nın yetirməsi olan 26 yaşlı qapıçı 2024-2025-ci illər mövsümündə də "sarı-göylər"in formasını geyinib. Rojerio Portuqaliyanın aşağı yaş qrupları üzrə milli komandalarının üzvü olub.

 





13.07.2026    çap et  çap et