525.Az

"Qoxular hamısı dərd qoxusudur"- Şeirlər


 

"Qoxular hamısı dərd qoxusudur"- <b style="color:red">Şeirlər</b> Esmira Məhiqızı

 

 

Arada saçından bir cığır ayır,

 

Düşüm o cığıraüzünə gəlim.

 

Saçın dalğalansındalğalarında

 

Bir az nəfəs alım, özümə gəlim.

 

 

Saçının küləyi içimdən ötsün,

 

Saçının yelində yellənim bir az.

 

Qırçın tellərində əllərim itsin,

 

Əllərimi gəzib, küllənim bir az.

 

 

Əlimi axtarım bir ömür boyu,

 

Birgördüm əlinideyən olmasın.

 

Əlimi görənlər məni görməsin,

 

Məni əllərimlə görən olmasın.

 

 

Beləcə, əl gəzim qara saçında,

 

Dən kimi o telə, bu telə düşüm.

 

Qara saçlarından sürüşüb lapdan,

 

Qara gözlərində bir selə düşüm.

 

 

Axtarım əlimi, gəzim əlimi,

 

İki əl itirib, bir əl tapmayım.

 

Axırda əlimdən üzüm əlimi,

 

Daha əl gəzməyə bir yer tapmayım.

 

 

Arada saçından bir cığır ayır,

 

Düşüm o cığıra qara yel kimi.

 

Məni əllərim axtarsın əl-əl,

 

Mən saçlarında itim əl kimi.

 

 

lll

 

 

Düüüz orda

 

qapılarının ağzında

 

maşın vurdu Şamxalı.

 

Elə yerindəcə öldü.

 

Gözləri axanda mən yanındaydım.

 

Başı yana düşəndə

 

sürücü başını tutub çığırdı:

 

Vaayy, xalxın uşağı öldü,

 

evim yıxıldı!

 

Onda bütün uşaqlar qorxdu.

 

O vaxtdan tanıdım ölümü

 

qorxdum axan gözlərdən,

 

yana düşən başlardan,

 

çığıran sürücülərdən.

 

Sonra da,

 

hər il anası çiçəklər səpdi,

 

Şamxalın öldüyü yerə.

 

Bizim ölümü tanıdığımız,

 

qorxduğumuz yerə.

 

Düüüz orda

 

Şamxal yıxılanda yerə,

 

sonra uçanda göyə

 

bizim neçəmizi apardı özüylə.

 

Mən Şamxalla getmişəm

 

o vaxtdan.

 

Çıxmışam oyundan, oynamaqdan.

 

Daha yaşamağı oynamıram

 

düüüz orda!

 

 

lll

 

 

Xəyalım o qədər göyü uçurtdu,

 

Göylərdə uçmağa göy məni çəkmir.

 

Qoxular hamısı dərd qoxusudur,

 

İçində bir ayrı iy məni çəkmir.

 

 

Allahın ver günü, bəndəyə sirr gün,

 

Sibirə sürgünüksəbirə sürgün,

 

Ömür qaçmağa ilmədi bir gün,

 

Ölüm mən adlı ilməni çəkmir.

 

 

Elə dirilmişəm, elə ölmüşəm,

 

O biri dünyanı görüb, gəlmişəm,

 

Hərdən yer ayrılıb, yerə girmişəm,

 

Yerimi biləndən yer məni çəkmir.

 

 

lll

 

Mən uşaq olanda

 

bizim kənddə

 

şəkilçəkən yoxuydu.

 

mənim uşaqlıq 

 

şəklim yoxdu.

 

Göyləri, yerləri gözümə

 

şəkil kimi çəkirdim.

 

İndi həmin şəkillərə

 

baxıram bir-bir.

 

Bu dağlardı,

 

ağaclardı, quşlardı.

 

Bu buludlardı,

 

küləklərdi, yağışlardı.

 

Hara baxıram

 

hər yerdə

 

uşaqlığımın 

 

şəkillərini görürəm.

 

Ağlı qaralıyam,

 

gah da göyqurşağı kimi

 

rəngbərəngəm.

 

Lap indi, lap indi

 

bilmişəm ki,

 

Dünya mənim

 

UŞAQLIQ şəklimdi.

 

 

lll

 

Bu adların selində 

 

Adlanmağa halım yox.

 

Onun-bunun dilində

 

Dadlanmağa halım yox.

 

Çəkib mən gedərəm

 

Gedərəm ey, gedərəm.

 

Mən belə yazıyam,

 

Mən bura qədərəm.

 

Dost-düşmənin içində

 

Məni tanımadılar.

 

Gör kimi tanıdılar

 

Kimi tanımadılar.

 

Bir buludun çatına

 

Qəbrim qazılsın, yetər.

 

Kəpənək qanadına

 

Adım yazılsın, yetər.

 

Bir ömrü yığışdırıb

 

Aparsın yır-yığışlar.

 

Buludlar hıçqıranda

 

Məni yağsın yağışlar.

 

Səpilim gilə-gilə

 

Payız yarpaqlarına.

 

Bir oğlan əllərinə,

 

Bir qız yanaqlarına.

 

Yetər ki, göyüm olsun,

 

O göydə ruhum olsun.

 

Mənim adım olmasın-

 

Mənim Allahım olsun.

 

Unudulmuş yuxu tək

 

Unudun, çıxım gedim.

 

Adımı hərif-hərif

 

Adımdan yığım, gedim.

 

 

lll

 

Bir adsız ağacam, ağaclar!

 

Siz məni 

 

çoxdan unutmusunuz.

 

Adım yarpaqlarımda

 

damar-damar yazılmışdı.

 

Onu da küləklər apardı.

 

Xəzəl-xəzəl ovulub

 

yollara töküldü adım.

 

Töküldü hərif-hərif,

 

töküldü nəfəs-nəfəs

 

qırılmış söz kimi.

 

...Yenə yazdı...

 

Hamınız yarpaqladınız,

 

çiçəklədiniz, ağaclar!

 

Hamınızın adı var.

 

Mənim adım heç birinizin

 

yadına düşməyən

 

unudulmuş bir sözdü.

 

İndi yollarda tozdu-

 

tozdu mən adlı yollar.

 

Adımın üstündən

 

bir ölü aparırlar...

 

 

lll

 

 

Hər gün əllərimin içində

 

bir qom həsrət ağlayır

 

bənövşə rəngində.

 

Barmaqlarım göynəyir

 

həsrətin bənövşə nisgilindən.

 

Bir qom həsrəti

 

bir qom bənövşə kimi

 

gəzdirir əllərim.

 

Ovcumun içində qulaq-qulaq 

 

yarpaqlayır,

 

çiçəkləyir kədərim.

 

Ovcumu aça bilmirəm.

 

Açsam

 

həsrətin xəzəlləri 

 

töküləcək yerə.

 

Bir qom bənövşənin rəngi

 

həsrətin rəngi kimi

 

qalacaq əllərimdə.

 

 

lll

 

 

Harasa gedirəm atlı, piyada,

 

Bitmir yolçuluqlar,

 

Yol üstündəyəm.

 

Bir ayağım burda, o biri gorda,

 

Elə tək ayaqlı gor üstündəyəm.

 

Mən gor adamıyam,

 

Gorgahı yoxluq.

 

Hayana baxıram, varı görmürəm.

 

Yarpaq tökümüdür, adam tökümü,

 

Adamdan tökülən barı görmürəm,

 

Bu boyda ömür boşuymuş demək,

 

Olumdan ölümə boşdu əlimiz.

 

Bizim qədərimiz daşlara dönmək,

 

Kiməsə atmağa daşdı əlimiz.

 

Mən daş atanam,

 

Sən daş atan,

 

Şeytana daş atıb daşa dönürük.

 

Buluda, yarpağa, çiçəyə, ota-

 

Qanadlı, qanadsız quşa dönürük.

 

Göylər qatar-qatar quş yolu imiş,

 

Quşların saldığı yola yolçuyuq.

 

Ömür başdan-başa daş yolu imiş,

 

Daşlara yazılan gora yolçuyuq.

 

Harasa gedirəm,

 

Hara bilmirəm,

 

Gah göydə, gah yerdə yol axtarıram.

 

Yerdə daş yolunda daşa dönürəm,

 

Göydə quş yolunda gor axtarıram.

 

 

lll

 

 

Nəyimə sevinim,

 

sevinim nəyə?

 

Bəlkə saçlarımda dənə sevinim.

 

Hər gün öz günümə ağlayım belə-

 

Hər gün ağladığım günə sevinim.

 

Bəlkə ürəyimin qəminə gülüm,

 

Sonra da o qəmdə durum, oynayım.

 

Bulud gözlərimin nəminə gülüm,

 

Yağışda boynumu burum, oynayım.

 

Bəlkə su sonası olum bu nəmdə,

 

Hər gün gözlərimin suyunda süzüm.

 

Qara qarışqalar qanadlananda-

 

Mən bir qarışqa toyunda süzüm.

 

Ehh...

 

Vallah bu dünya gülmür üzümə,

 

Daha dodağımı qaçırtmır heç .

 

Düşmür sümüyümə bir zümzümə,

 

ürəyimi uçurtmur heç .

 

Baxıb gülənlərə,

 

sevinənlərə,

 

Mən dəli kimi gülmək istədim.

 

Hamının yerinə sevinib elə,

 

Kiminsə yerinə ölmək istədim.

 

Daha mənnik deyil açılan sabah,

 

Sabahda o qızın gülüşü yoxsa.

 

Əgər bir ömürün gedişi varsa-

 

Əgər bir ömürün gəlişi yoxsa.          
 





03.12.2012    çap et  çap et