525.Az

“İlin ikinci yarısından sonra qızılın qiymətində müəyyən dalğalanmalar ola bilər” - İqtisadçı


 

“İlin ikinci yarısından sonra qızılın qiymətində müəyyən dalğalanmalar ola bilər” - <b style="color:red">İqtisadçı </b>

"Yaxın dövrlərdə qızılın qiymətinin bahalaşması ehtimalı yoxdur. Dünya bazarında, xüsusilə də ABŞ-da məşğulluq göstəricilərinin azalması qızılın bahalaşacağı ilə bağlı müəyyən gözləntilər formalaşdırmışdı. Lakin dolların möhkəmlənməsi, geosiyasi mühitdə nisbi sabitliyin yaranması və Yaxın Şərqdə gərginliyin azalması investorların qızıldan çıxaraq real sərmayə bazarlarına yönəlməsinə səbəb olub. Buna görə də hazırda qızılın qiymətində ciddi bahalaşma proqnozlaşdırılmır.”

Bunu 525.az-a iqtisadçı ekspert Razi Abasbəyli söyləyib.  İqtisadçı qeyd edib ki, ilin ikinci yarısından, avqustan etibarən müəyyən qiymət dəyişiklikləri mümkündür: Bununla belə, söhbət kəskin artım və ya enişdən getmir:

"Dünya Qızıl Şurasının proqnozlarına görə, ilin ikinci yarısından sonra qızılın qiymətində müəyyən dalğalanmalar ola bilər. Bu dəyişikliklərin 3-5 faiz civarında olacağı gözlənilir. Belə dalğalanmalar bazar üçün normal hesab edilir və nə ciddi bahalaşmaya, nə də kəskin ucuzlaşmaya səbəb olacaq.”

R.Abbasbəyli vurğulayıb ki, qlobal geosiyasi risklər tam aradan qalxmasa da, onların yaxın dövrdə kəskinləşəcəyi ilə bağlı gözləntilər də yüksək deyil.

Sevinc Qarayeva 

 





14.07.2026    çap et  çap et