525.Az

"Bizdə ailənin uşaqların peşə seçiminə birbaşa müdaxiləsi var" - Təhsil eksperti


 

"Bizdə ailənin uşaqların peşə seçiminə birbaşa müdaxiləsi var" - <b style="color:red">Təhsil eksperti</b>

“Beynəlxalq təcrübədə 7-ci sinifdən başlayaraq ildə bir dəfədən az olmayaraq şagirdlər üçün peşə yönümlü testlər keçirilir, həmin testlərin nəticələri valideyn iclaslarında müzakirə olunur, valideynlərə övladlarının hansı sahələrdə bacarıqlı olduğuyla bağlı məlumatlar verilir. Uşaqlar həm valideyn, həm məktəb vasitəsilə həmin ixtisaslar üzrə istiqamətləndirilir. Təəsüflər olsun ki, bizdə həmin testlər keçirilmir. Məktəblərdə sinif  saatlarında müəllimlər, sinif rəhbərləri uşaqları ixtisaslar üzrə maarifləndirməklə onların bacarıqları üzrə yönəlməsinə çalışmalıdırlar. Amma bizdə belə deyil”.

Bunu təhsil eksperti Elşən Qafarov 525.az-a deyib. Ekspertin sözlərinə görə, bizdə ailənin uşaqların peşə seçiminə birbaşa müdaxiləsi var:

“Valideynlər övladlarının daha rahat, qazanclı peşələr seçməsinə maraqlıdırlar. Ətraflarında hər hansı bir peşə üzrə tanınmış bir şəxs varsa, düşünürlər ki, övladı da həmin sahə üzrə təhsil almalıdır. Onlar inanırlar ki, övladları da həmin adam kimi olacaq, maddi təminatları da daha yaxşı olacaq”.

Sevinc Qarayeva 
 

 





14.07.2026    çap et  çap et