525.Az

“Bu şəxslər qanunda nəzərdə tutulan tələbləri ödədikləri halda pensiyaya daha erkən çıxa bilirlər” - İqtisadçı


 

“Bu şəxslər qanunda nəzərdə tutulan tələbləri ödədikləri halda pensiyaya daha erkən çıxa bilirlər” - <b style="color:red">İqtisadçı </b>

“Beş və ya daha çox uşaq böyüdən qadınlar, əlilliyi olan uşağı səkkiz yaşınadək tərbiyə etmiş valideynlər, eləcə də valideyn himayəsindən məhrum uşaqları övladlığa götürən və ya qəyyumluğa qəbul edən şəxslər qanunda nəzərdə tutulan tələbləri ödədikləri halda pensiyaya daha erkən çıxa bilirlər”. 

Bunu 525.az-a iqtisadçı ekspert Akif Nəsirli bildirib. Ekspert vurğulayıb ki, əmək fəaliyyəti xüsusi risk və ağır şəraitlə bağlı olan peşələr üçün də güzəştli pensiya mexanizmi tətbiq edilir. Buraya yeraltı işlərdə çalışanlar, zərərli və ağır əmək şəraitinə malik istehsalat sahələrinin işçiləri, mülki aviasiyanın uçuş və uçuş-sınaq heyəti, həmçinin qanunvericilikdə göstərilən bəzi incəsənət sahələrinin nümayəndələri daxildir: “Hipofiz nanizmi və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslər üçün də ayrıca pensiya yaşı müəyyən edilib və onlar ümumi pensiya yaşından 20 il əvvəl pensiya hüququ əldə edirlər. Hazırda bu siyahının genişləndirilməsi yalnız qanunvericiliyə dəyişiklik edilməsindən sonra mümkün ola bilər”.

Sevinc Qarayeva 
 

 





14.07.2026    çap et  çap et