525.Az

Altı ayda 23 minə yaxın şəxsə proaktiv qaydada pensiya təyin olunub


 

Altı ayda 23 minə yaxın şəxsə proaktiv qaydada pensiya təyin olunub<b style="color:red"></b>

2026-cı ilin yanvar-iyun ayları ərzində 22 690 şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.

Bu barədə 525.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, onların 54,53%-ni kişilər, 45,47%-ni isə qadınlar təşkil edib.

 





14.07.2026    çap et  çap et