525.Az

Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb


 

Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb<b style="color:red"></b>

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,38 ABŞ dolları və ya 4,3 % artaraq 81,29 ABŞ dolları təşkil edib.

Bu barədə 525.az xəbər verir. 

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti 77,32 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,3 ABŞ dolları və ya 4,4 % artaraq 78,36 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

 





14.07.2026    çap et  çap et