İranın Hindistandakı səfirliyinin missiya rəhbərinin müavini Məhəmməd Cavad Hüseyni Hörmüz boğazında ticarət gəmilərinə hücuma görə ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
525.az xəbər verir ki, bu barədə Hindistanın ANI agentliyi məlumat yayıb.
İranlı diplomata kəskin etiraz bildirilib.
Xatərladaq ki, Hörmüz boğazında iki neft tankerinə hücum zamanı bir hind dənizçi həlak olub, daha altı Hindistan vətəndaşı yaralanıb.
Pərvanə Sultanova
çap et