525.Az

Bakıda 172 nömrəli avtobus marşrutunun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir


 

Bakıda 172 nömrəli avtobus marşrutunun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir<b style="color:red"></b>

14-16 iyul tarixlərində Bilgəh qəsəbəsinin Respublika küçəsində aidiyyəti qurum tərəfindən aparılan təmir-bərpa işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Bu barədə 525.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Məlumata görə, məhdudiyyət səbəbindən 172 nömrəli marşrutun hərəkəti müvəqqəti olaraq Azərbaycan Qadını küçəsi (Bilgəh qəsəbəsi) - Bilgəh-Pirşağı yolu (İstiqlaliyyət küçəsi) istiqaməti üzrə təşkil ediləcək.

 





14.07.2026    çap et  çap et