525.Az

Rusiyada "terrorçu" ayı məhv edildi


 

Rusiyada "terrorçu" ayı məhv edildi<b style="color:red"></b>

Yakutiyada 1 kəndin əhalisini qorxuya salan ayı ovçular tərəfindən öldürülüb.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, olay Aldansk rayonunun Xatıstır kəndində yaşanıb.

Səhər saatlarında evlərin birinin damına dırmaşan ayı yatmış sakinləri oyatdıqdan sonra oradan uzaqlaşıb və başqa iki evə soxulub. Yaşayış olmayan evlərin əşyalarını dağıdan vəhşi ardınca başqa bir evə girib. Ata və azyaşlı oğlan ayının hücumundan canlarını güclə qurtarıblar və dama qalxaraq kömək istəyiblər.

Az sonra hadisə yerinə gələn ovçular kənddən 200 metr məsafədə "terrorçu"nu aşkarlayaraq məhv ediblər.

Qeyd edək ki, qeyri-rəsmi məlumatlara görə Rusiyada hər il 80-ə yaxın insan ayı hücumu nəticəsində həyatını itirir. Yaralananların sayı isə qat-qatr çoxdur.

L.Tağıyeva

 





14.07.2026    çap et  çap et