525.Az

Seneqal millisi ilə bağlı qalmaqal


 

Seneqal millisi ilə bağlı qalmaqal<b style="color:red"></b>

Bu mundialda iştirak edən Seneqal millisinin həkimi Əbdürəhman Fediorun müvafiq lisenziyasının olmadığı üzə çıxıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Seneqal Futbol Federasiyasının prezidenti Abdulaye Fal məlumat verib.

Onun sözlərinə görə 10 ildir komandada olan Fedior ümumiyyətlə idman həkimi deyil. O, ixtisasca akuşer-ginekoloqdur.

Maraqlıdır ki, Abdulaye Fal həkimin bu müddətdə komandada necə işlədiyinə aydınlıq gətirməyib. Əvəzində futbolçuların ona etibar etməmələrini, onunla işləmək istəmədiklərini deyib.

Qeyd edək ki, Seneqal millisi 1/16 final mərhələsində Belçika millisinə 2:3 hesabı ilə məğlub olaraq mundialla vidalaşıb. Bundan bir neçə gün sonra isə ginekoloqla müqavilə ləğv edilib.

L.Tağıyeva

 





14.07.2026    çap et  çap et