525.Az

Finlandiyada son 80 ildə 50 min sığınacaq hazırlanıb


 

Finlandiyada son 80 ildə 50 min sığınacaq hazırlanıb<b style="color:red"></b>

Finlandiya illərdir ki, Rusiya ilə mümkün müharibəyə hazırlaşır və bu mənada ölkə ərazisində 50 min sığınacaq hazırlanıb.

525.az xarici KİV-ə istinadən xəbər veriri ki, bu barədə tanınmış jurnalist Kosti Heyskanenin hazırladığı materialda bildirilir.

Məqalədə ölkədə 4,8 milyon insanın təxliyəsi üçün yerin olduğu göstərilir. Bu isə təxmini 50 min sığınacaq deməkdir. Üstəlik, bu sığınacaqlar son 80 ildə hazırlanıb.

Heyskanenin yazdığına görə Finlandiyanın müxtəlif bölgələrində zaman-zaman təlimlər də keçirilir. Hava hücumu zamanı necə davranılacağı, təxliyə planları əhaliyə aşılanır. 

Yeri gəlmişkən, jurnalist iddia edir ki, finlərin bir hissəsi təlimlər zamanı Rusiya ilə mümkün müharibəyə və vuruşmağa hazır olduqlarını bildiriblər.

L.Tağıyeva

 





14.07.2026    çap et  çap et