525.Az

Çinin bu bölgəsində benzinlə işləyən avtomobillərin istifadəsi qadağan ediləcək


 

Çinin bu bölgəsində benzinlə işləyən avtomobillərin istifadəsi qadağan ediləcək <b style="color:red"></b>

Xaynan əyalətinin hakimiyyəti 2030-cu ildə daxili yanma mühərriki ilə işləyən avtomobillərin istifadəsini qadağan etməyi planlaşdırır.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, artıq bu yöndə müəyyən işlərə başlanılıb.

Xaynan 35,4 kv.km əraziyə malik adadır. Əyalətdə əsas magistral yolun uzunluğu isə 612,8 km-dir. Bu isə o deməkdir ki, elektriklə işləyən avtomobillər adanın bir başından o biri başına kimi birbaşa hərəkət edə bilir. Məhz bu mənada sözügedən layihənin həyata keçirilməsi üçün münbit şərait var.

2030-cu ilə kimi bütün şəxsi və ictimai nəqliyyat bütünlüklə elektriklə işləyən avtomobillərdən ibarət olacaq. İstisna yalnız xüsusi texnikalara veriləcək.

Yeri gəlmişkən, Xaynan elektriklə işləyən avtomobillərin faiz göstəricisinə görə Çində birinci yerdədir.

L.Tağıyeva

 





14.07.2026    çap et  çap et