525.Az

Qırğızıstanda yanacaq məhsullarının ölkədən çıxarılması qadağan edildi


 

Qırğızıstanda yanacaq məhsullarının ölkədən çıxarılması qadağan edildi<b style="color:red"></b>

Qırğızıstan höküməti ölkədən yanacaq məhsullarının çıxarılmasını qadağan edən qərar verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin rəsmi saytında məlumat yerləşdirilib.

Yalnız nəqliyyat vasitələrinin çənində olan yanacaq nəzərə alınmayacaq. Qərarın qəbul edilməsinə səbəb ölkə ərazisində yanacaq çatışmazlığının qarşısını almaq və bazarı stabil saxlamaqdır.

Qeyd edək ki, Qırğızıstan uzun illərdir yanacaq ehtiyatının 90 faizdən çoxunu Rusiyadan idxal edir.

L.Tağıyeva

 





14.07.2026    çap et  çap et