525.Az

Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlanıb


 

Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlanıb<b style="color:red"></b>

Bu il iyunun 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1 790,6 min nəfər olub, onlardan 859,9 min nəfəri dövlət sektorunda, 930,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

525.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Muzdla çalışan işçilərin 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,1 faizi təhsil, 13,8 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi tikinti, 6,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,0 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi maliyyə və sığorta fəaliyyəti, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 15,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Cari ilin yanvar-may aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,3 faiz artaraq 1 175 manat təşkil edib.

 





14.07.2026    çap et  çap et