İranın bir neçə şəhərində yeni partlayışlar baş verib, ölənlər var.
525.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Buşehrə raketlər atıldığı bidirilir. Buşehr İranın cənub-qərbində, Fars körfəzi sahilində yerləşən liman şəhəridir. Burada “Rosatom” tərəfindən idarə olunan atom elektrik stansiyası fəaliyyət göstərir.
Fars agentliyi Çoqadaq, Bəndər Abbasda və bir sıra digər regionlarda partlayışların baş verdiyini açıqlayıb.
Pərvanə Sultanova
çap et