525.Az

Azərbaycanda maşınqayırma sahəsində yeni dövlət standartları qəbul edilib


 

Azərbaycanda maşınqayırma sahəsində yeni dövlət standartları qəbul edilib <b style="color:red"></b>

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) 42 yeni dövlət standartı qəbul edib.

525.az bu barədə AZSTAND-a istinadən xəbər verir.

Məlumata görə, yeni standartlar maşınqayırma sahəsi ilə bağlıdır. Onların qəbul edilməsində məqsəd maşınların, texniki qurğuların və istehsalat avadanlıqlarının təhlükəsizliyinin təmin edilməsi, istehsalat risklərinin azaldılması, işçilərin sağlamlığının və əməyin mühafizəsinin gücləndirilməsi, eləcə də beynəlxalq təhlükəsizlik tələblərinə uyğunluğun təmin edilməsindən ibarətdir.

Həmin dövlət standartlarının layihələri AZSTAND-ın təsis etdiyi "Maşınqayırma, mexaniki və hidravlik sistemlər" standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 56) təqdimatları əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib, "Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı" çərçivəsində qəbulu nəzərdə tutulan "Maşın və avadanlıqların təhlükəsizliyi haqqında" texniki reqlamentin istinad standartları sırasına daxildir.

 





14.07.2026    çap et  çap et