525.Az

AQTA Bakıda qaydaları pozan su emalı müəssisəsinin fəaliyyətini məhdudlaşdırıb


 

AQTA Bakıda qaydaları pozan su emalı müəssisəsinin fəaliyyətini məhdudlaşdırıb<b style="color:red"></b>

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsi, 2433-cü məhəllə, 9q ünvanında fəaliyyət göstərən fiziki şəxs Abbasov Həsən Tofiq oğluna məxsus su emalı müəssisəsində planlı yoxlama keçirib.

Bu barədə 525.az-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulması faktları aşkarlanıb. Müəssisədə texnoloji axın ardıcıllığı prinsipinə riayət olunmadığı, filtr sistemlərinin istismarı və texniki xidmətinə dair qeydiyyatın aparılmadığı, emal prosesində istifadə olunan su çənlərinin dezinfeksiya edilmədiyi müəyyən edilib.

Bundan əlavə, “Suel” əmtəə nişanı altında qablaşdırılmış su məhsullarının etiketlənməsi zamanı qanunvericiliyin tələblərinin pozulduğu, suyun mənbəyi, istehsalçı məlumatları, istehsal və son istifadə tarixləri ilə bağlı istehlakçılara düzgün məlumat verilmədiyi aşkarlanıb.

Müəssisədə emal olunan sulardan laborator müayinələr üçün nümunələr götürülüb. Aşkar edilmiş nöqsanlarla bağlı obyekt rəhbəri barəsində inzibati protokol tərtib olunub və uyğunsuzluqlar aradan qaldırılanadək müəssisənin fəaliyyətinin məhdudlaşdırılması barədə qərar qəbul edilib.

 





14.07.2026    çap et  çap et