525.Az

“Bakı ilk gündən mənim evimə çevrildi” - Fransa səfiri


 

“Bakı ilk gündən mənim evimə çevrildi”  - <b style="color:red">Fransa səfiri </b>

Bakıda Fransa Respublikasının milli bayramı münasibətilə rəsmi qəbul təşkil edilib.

525.az xəbər verir ki, hər iki ölkənin Dövlət himnləri səsləndikdən sonra səfir Sofi Laqut çıxış edib.

“Bu, mənim Bakıda ilk 14 İyul bayramımdır. Fürsətdən istifadə edərək son on ay ərzində mənə göstərdiyiniz səmimi münasibətə görə hər birinizə ürəkdən təşəkkürümü bildirmək istəyirəm. Siz mənə həm qapılarınızı, həm də ürəklərinizi açdınız. Sizin sayənizdə Bakı elə ilk gündən mənim evimə çevrildi. Buna görə sizə dərin təşəkkürümü bildirirəm. Azərbaycan haqqında hələ kəşf etməli və öyrənməli olduğum çox şey var, amma ilk 10 ay məndə ölkə və Fransa-Azərbaycan xalqları arasında əlaqələrin inkişafı üçün mövcud imkanlar barədə maraqlı təsəvvür formalaşdırıb”, - səfir deyib.

Azərbaycan-Ermənistan sülh prosesinə diqqət çəkən diplomat bildirib ki, sülhün dvidendlərinin hiss olunması və real nəticələr verməsi üçün çox mühüm konkret addımlar atılıb:

“Mən, həmçinin Azərbaycanın azad edilmiş ərazilərin bərpasına yönəltdiyi genişmiqyaslı səylərin və investisiyaların şahidi oldum. Qarabağ inkişaf edir. Hətta bilirəm ki, Laçındakı süd kooperativi dadlı yerli məhsullar hazırlamaq üçün fransız pendir ustalarından təlim keçib. Otuz illik ağrı və iztirabdan sonra Ermənistanla yenidən yaranan qonşuluq münasibətləri həm insanlararası əlaqələr, həm də iqtisadi əməkdaşlıq baxımından yeni imkanlar açır. Fransa uzunmüddətli və dayanıqlı sülhün təmin olunması, eləcə də Azərbaycan xalqının tam açıq Cənubi Qafqazın yaratdığı bütün üstünlüklərdən faydalanması üçün dəstək verməyə hazırdır".

S.Laqut bildirib ki, insani bağlar Fransa-Azərbaycan münasibətlərinin sütununu təşkil edir, onlar möhkəm, uzunömürlü və bütün sınaqlara davamlıdır.

Səfir söyləyib ki, Azərbaycanda fəaliyyət göstərən fransız şirkətləri ölkənin investisiya mühitinə etibar edirlər: “Onlar uzunmüddətli investisiyalar yatırır və məqsədyönlü təqaüd və təlim proqramları vasitəsilə yerli insan resurslarının inkişafına fəal töhfə verir, davamlı müsbət irs qoymağa çalışırlar. Bugünkü tədbirin sponsorlarının geniş siyahısı var və onlara dəstəklərinə görə səmimi təşəkkürümü bildirirəm. Bu, Fransanın Azərbaycanda müxtəlif sahələrdə iqtisadi iştirakının əhəmiyyətini nümayiş etdirir. Bu iştirakçılıq təkcə qida və şərabçılıq sənayesini deyil, həm də neft-qaz sektoru, şəhər xidmətləri, təhlükəsizlik avadanlıqlarının istehsalı, əczaçılıq və nəqliyyat sahələrini əhatə edir".

S.Laqut , – deyə o bildirib. 

İnanıram ki, qarşıdakı illərdə daha da yaxşı işlər görə bilərik və Azərbaycanın strateji məqsədlərinə çatmasına kömək edə bilərik. Fransa-Azərbaycan Ticarət Palatası ilə Fransa şirkətləri mövcud əməkdaşlığı dərinləşdirməyə və yeni əməkdaşlıq sahələrini inkişaf etdirməyə hazırdırlar.

 S. Laqut bildirib ki, yaxın illərdə tərəflərin daha uğurlu nəticələr əldə edəcəyinə əmindir: "Fransa–Azərbaycan Ticarət və Sənaye Palatası mövcud əməkdaşlığı daha da dərinləşdirməyə və qarşılıqlı fəaliyyətin yeni istiqamətlərini inkişaf etdirməyə hazırdır".

Əlavə edib ki, ikitərəfli münasibətlərin böyük perspektivlərinə baxanda, görünür ki, hələ də bütün potensialdan tam istifadə edə bilməmişik: “Ümid edə bilərəm ki, ölkələrimizin prezidentlərinin ikitərəfli münasibətlərdə yeni səhifə açmaq barədə ifadə etdikləri ortaq iradə həqiqtən konkret müsbət addımlara çevriləcək”.

Pərvanə Sultanova

 





14.07.2026    çap et  çap et