Fransa yığmasının futbolçusu Kilian Mbappe bu gecə İspaniya ilə yarımfinal oyununda yeni rekorda imza atıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bütün oyunu meydanda olan Mbappe Fransa millisinin heyətində mundiallarda ən çox oyun keçirən futbolçu adını qazanıb.
O, millinin sabiq qapıçısı Uqo Loresin 20 oyunluq göstəricisini yaxşılaşdırıb. 3-cü yer uğrunda matçda iştirak edəcəyi təqdirdə rekordunu yeniləyərək 22 oyuna çatdıracaq.
Qeyd edək ki, Fransa - İspaniya oyunu 2:0 hesabı ilə ispanların xeyirinə başa çatıb. Onlara finalda bu gecə keçiriləcək Argentina - İngiltərə cütünün qalibi rəqib olacaq.
L.Tağıyeva
çap et