525.Az

İndoneziyada pələng 2 nəfəri parçaladı


 

İndoneziyada pələng 2 nəfəri parçaladı<b style="color:red"></b>

Riau əyalətində Sumatra pələngi 4 gün fərqlə 2 nəfəri öldürüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə əyalətin Təbii Sərvətləri Müdafiə Agentliyi məlumat yayıb.

Vəhşi əvvəlcə 12 yaşlı uşağa hücum edib. Ağır xəsarətlər alan oğlan həyatını itirib. Bir neçə gün sonra isə 29 yaşlı Eko Praseto adlı kişi həmin pələngin qurbanı olub. 

Bundan sonra agentliyin əməkdaşları pələngin tutulması üçün bir neçə tələ qursalar da, hələlik onu ələ keçirə bilməyiblər.

Qeyd edək ki, Sumatra pələngi məhv olmaq təhlükəsi ilə üz-üzədir. Vəhşi təbiətdə 400-dən az belə pələng qalıb. Son zamanlar insanlara hücumuna gəlincə, bu, pələnglərin məskunlaşdığı meşəlik ərazilərin sürətlə qırılması və onların arealının kiçilməsi ilə əlaqələndirilir.

L.Tağıyeva

 





15.07.2026    çap et  çap et