525.Az

İspaniya millisindən rekord göstərici


 

İspaniya millisindən rekord göstərici<b style="color:red"></b>

Bu gecə dünya çempionatının yarımfinal matçında Fransa millisini məğlub edən İspaniya yığması məğlubiyyətsiz oyunlar seriyasını 37-ə çatdırıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla da ispanlar 2018-ci ilin sentyabrından 2021-ci ilin oktyabrına kimi İtaliya millisinin müəyyənləşdirdiyi rekordu yeniləyib.

İspaniya sonuncu dəfə 2023-cü ilin martında Şotlandiyaya 0:2 hesabı ilə yenilmişdi. Ondan sonra keçirdiyi 37 matçın 28-də qalib gəlib, 9-da isə heç-heçə oynayıb.

Qeyd edək ki, finalda uduzmayacağı təqdirdə İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 38-ə çatdıraraq yeni rekorda imza atacaq.

L.Tağıyeva

 





15.07.2026    çap et  çap et