Fransa millisinin baş məşqçisi Didye Deşam İspaniya millisi ilə oyunda komandasını meydana çıxarmaqla rektorda imza atıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, o, dünya çempionatlarının final mərhələsi də baş məşqçi kimi 26-cı oyununun iştirakçısı olub.
Bundan əvvəlki rekord Almaniya millisinin sabiq baş məşqçisi Helmur Şönə məxsus idi - 25 oyun. Şön 1964-1978-ci illər aralığında bu postda çalışmışdı.
Xatırladaq ki, İspaniya ilə oyunda fransalılar 0:2 hesabı ilə məğlub olublar və 3-cü yer uğrunda mübarizə aparacaqlar. Onların rəqibi bu gecə keçiriləcək Argentina - İngiltərə matçında müəyyənləşəcək.
L.Tağıyeva
çap et