525.Az

Venesuelada zəlzələ qurbanlarının sayı yenə də artdı


 

Venesuelada zəlzələ qurbanlarının sayı yenə də artdı<b style="color:red"></b>

Venesuelada zəlzələ qurbanlarının sayı 4734-ə çatıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Milli Assambleyanın sədri Xorxe Rodriges bildirib.

Rəsmi məlumatlara əsasən 16740 nəfər müxtəlif dərəcəli bədən xəsarətiləri alıb. 17907 nəfər isə evsiz-eşiksiz qalıb. Zəlzələ nəticəsində 190 bina tamamilə uçub, 856 tikili isə zədələnib. Xilasetmə işləri zamanı isə 6462 nəfər dağıntılar arasından çıxarılaraq xilas olunub.

Yeri gəlmişkən, 33652 nəfərə tibbi, 128324 ailəyə isə hökümət tərəfindən yardım göstərilib. 20903 nəfər 107 müvəqqəti məntəqəyə yerləşdirilib.

L.Tağıyeva

 





15.07.2026    çap et  çap et