525.Az

"Texnologiya insanın düşünməsini əvəz etməsin, onun düşünmə imkanlarını gücləndirsin” - Təhsil eksperti


 

"Texnologiya insanın düşünməsini əvəz etməsin, onun düşünmə imkanlarını gücləndirsin” - <b style="color:red">Təhsil eksperti</b>

“Yaxın illərdə bir çox ali təhsil müəssisələri süni intellektdən istifadəyə dair ayrıca akademik etik kodeks qəbul edəcəklər. Orada hansı hallarda AI-dən istifadə etməyə icazə verildiyi, hansı halların isə akademik pozuntu sayıldığı açıq şəkildə göstəriləcək. Əgər tələbə bu qaydaları bilərəkdən və təkrar şəkildə pozarsa, diplomun verilməsinin dayandırılması, hətta bəzi hallarda diplomun ləğvi kimi qərarlar da hüquqi və akademik baxımdan mümkün ola bilər”.

Bunu təsil eksperti Əmrah Həsənli 525.az-a bildirib. Kspert qeyd edib ki, burada əsas məqsəd AI-ni qadağan etmək deyil, ondan etik və düzgün istifadə mədəniyyətini formalaşdırmaqdır:

“Məncə, əsas məqsəd cəza vermək deyil, düzgün istifadə mədəniyyəti formalaşdırmaqdır. Bu gün universitetlər tələbələrə “AI-dən istifadə etmə” demək əvəzinə, “AI-dən necə düzgün istifadə etməlisən” anlayışını öyrətməlidirlər. Çünki əmək bazarında da süni intellektdən istifadə bacarığı üstünlük sayılacaq. Vacib olan odur ki, texnologiya insanın düşünməsini əvəz etməsin, onun düşünmə imkanlarını gücləndirsin”.

Sevinc Qarayeva 
 

 





15.07.2026    çap et  çap et