525.Az

Münhendə suyun istifadəsində qadağalar tətbiq olundu


 

Münhendə suyun istifadəsində qadağalar tətbiq olundu<b style="color:red"></b>

Almaniyanın Münhen şəhərində quraqlıq üzündən suyun istifadəsində bəzi qadağalar tətbiq olunmağa başlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, şəhərdə şəxsi hovuzların və çimərlik üçün nəzərdə tutulmuş su hövzələrinin doldurulması yasaqlanıb.

Bundan başqa güllərin, bağçaların və qazonların sulanmasına da icazə verilməyəcək. Yalnız əkin sahələri, məzarlıqlar və idman meydanları istisnadır. Qadağalar avqustun 1-ə kimi qüvvədə qalacaq. Müddət vəziyyətdən asılı olaraq uzadıla bilər.

Qeyd edək ki, bu ayın əvvəlində şəhərdə suya qənaət üçün başqa tədbirlər də görülmüşdü. Məsələn, xidməti avtomobillərin və şəhər binalarının pəncərələrinin yuyulması dayandırılmışdı. Şəhərdə olan 150-ə yaxın fəvvarənin işləməsi də həmçinin.

L.Tağıyeva

 





15.07.2026    çap et  çap et