Bu gün səhər saatlarında Kamçatka sahillərində 4 güclü zəlzələ baş verib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bütün zəlzələlər Sakit okeanda qeydə alınıb.
Birinci titrəyişin episentri Petropavlovsk-Kamçatskdan 374 km məsafədə, 36,3 km dərinlikdə yerləşib və gücü 4,5 bal olub.
6 bal gücündə ikinci zəlzələ şəhərdən 210 km məsafədə 64,6 km dərinlikdə baş verib.
Bundan 6 dəqiqə sonra 5,7 bal gücündə silkələnmə olub. Episentr isə 206 km məsafədə, 72 km dərinlikdə yerləşib.
Nəhayət, 5 bal gücündə 4-cü böyük yeraltı təkanlar Petropavlovsk-Kamçatskdan 207 km məsafədə, 70,1 km dərinlikdə qeydə alınıb.
L.Tağıyeva
çap et