525.Az

Konqo Demokratik Respublikasında Ebola qurbanlarının sayı artır


 

Konqo Demokratik Respublikasında Ebola qurbanlarının sayı artır<b style="color:red"></b>

Konqo Demokratik Respublikasında Ebola virusundan dünyasını dəyişənlərin sayı 754-ə çatıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Mətbuat və Rabitə Nazirliyi məlumat yayıb.

İndiyə kimi bu virusa 2011 yoluxma halı qeydə alınıb. Onlardan 754-ü ölümlə nəticələnib.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı mayın 17-də Konqo və Uqandada epidemiya ilə bağlı fövqəladə vəziyyət elan edib. Uqandada da bu günə kimi 400-dən çox insan bu virusun qurbanı olub.

L.Tağıyeva

 





15.07.2026    çap et  çap et