525.Az

"Bu məhsul üzrə ticarət məbləği 540 min dollar olub" - Millət vəkili


 

"Bu məhsul üzrə ticarət məbləği 540 min dollar olub" -  <b style="color:red">Millət vəkili </b>

"Prezident İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrinin mətbuata açıqlamalarında iqtisadi əlaqələrin daha da gücləndirilməsi məsələlərinə də xüsusi yer ayrıldı. Prezidentlərin qeyd etdiyi kimi, ölkələr arasında iqtisadi əməkdaşlığı daha da inkişaf etdirərək şaxələndirmək üçün böyük potensial var. Əsas prioritet qeyri neft-qaz sektoru üzrə dərinləşmiş əməkdaşlığa nail olmaqdır".

Bunu millət vəkili Vüqar Bayramov 525.az-a deyib. Millət vəkili vurğulayıb ki, Azərbaycan ilə Slovakiya arasında illik ticarət dövriyyəsi 2025-ci ildə 42.6 milyon dollar olub. Slovakiyadan 41.9 milyon dollarlıq məhsul idxal etmişik və sözügedən ölkəyə ixracımız 700 min dollara yaxın olub. Göründüyü kimi, Slovakiya ilə ticarətin əhəmiyyətli hissəsi idxal üzərində qurulub:

"Slovakiya ilə Azərbaycan arasında 372 məhsul kodu üzrə ticarət əməliyyatları həyata keçirilir. Slovakiyadan idxal etdiyimiz əsas məhsullara gəldikdə isə, minik avtomobilləri, mühərrikinin həcmi 1500-3000 kub sm olan nəqliyyat vasitələri , mühərrikinin həcmi 3000 kub sm-dən çox olan minik avtomobilləri, mərkəzi istilik qazanları , elektrik nəqliyyat vasitələri , dişlərin təmizlənməsi üçün vasitələr, kağız və kartondan hazırlanmış qatlanan yeşiklər və qutular, porşenli daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Azərbaycanın Slovakiyaya ixracında diqqəti çəkən məqam iş adamlarımızın ötən il sözügedən ölkəyə 47 ədəd minik avtomobilləri, mühərrikinin həcmi 1500-3000 kub sm olan, daxili yanma mühərrikli nəqliyyat vasitələri satmasıdır. Bu məhsul üzrə ticarət məbləği 540 min dollar olub. Digər ixracatımız isə meyvə şirələri, araq və qida məhsullarıdır. Qarşılıqlı yüksək səviyyəli səfərlərin iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə səbəb olmaqla yanaşı, qarşılıqlı əlaqələrdə yeni səhifə açağı gözlənilir. Bunun özünü ticarət dövriyyəsində də göstərəcəyi istisna edilmir"".

Sevinc Qarayeva 

 





15.07.2026    çap et  çap et