Bu ilin yanvar-iyun aylarında Azərbaycanın emal sənayesində 10 milyard 912,6 milyon manat dəyərində məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.
525.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 % çoxdur.
Emal sənayesində ən çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalı (2,2 dəfə), əczaçılıq məhsullarının istehsalı (+35,5%), toxuculuq sənayesi (+34,0%), dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı (+20,6%), maşın və avadanlıqların quraşdırılması və təmiri işləri (+20,5%), tütün məmulatlarının istehsalı (+19,4%), kağız və karton istehsalı (+11,1%), qida məhsullarının istehsalı (+9,9%), metallurgiya sənayesi (+6,6%), tikinti materiallarının istehsalı (+4,7%) sahələrində olub.
çap et