Azərbaycanda ümumtəhsil məktəblərinin 63 faizi yüksəksürətli internetlə təmin edilib və həmin məktəblərdə ölkə üzrə şagirdlərin 80 faizi təhsil alır.
525.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma” mövzusunda keçirilən dəyirmi masada deyib.
Onun sözlərinə görə, məktəblərdə internet infrastrukturunun genişləndirilməsi həm təhsilin idarə olunmasına, həm də tədris prosesinin keyfiyyətinin yüksəldilməsinə mühüm dəstək verir.
V.Xanlarov bildirib ki, növbəti mərhələdə bütün təhsil müəssisələrinin etibarlı və sürətli internetə çıxışının təmin olunması istiqamətində işlər davam etdiriləcək.
çap et